Çində həkimlər qızıl külçə udmuş 5 yaşlı qızın həyatını xilas ediblər.
NTV "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Pekində qeydə alınıb.
Uşaq oyun oynayarkən təsadüfən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında kiçik qızıl külçəni udub.
Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, sərt metal mədənin selikli qişasına zərər verə və qanaxmaya səbəb ola bilərdi.
Cərrahlara yad cismi çıxarmaq üçün cəmi bir neçə dəqiqə kifayət edib. Uşaq əməliyyatdan sonra sürətlə sağalıb.
