satellite   Azerspace-1: 11135 H 30000

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Meşə yanğınları səbəbindən Yakutsk tüstüyə bürünüb

Yakutiyanın və Krasnoyarsk diyarının ərazisində davam edən meşə yanğınları səbəbindən Yakutsk şəhəri tüstüyə bürünüb.

NTV xəbər verir ki, bu barədə Yakutiyanın Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Peyk monitorinqinin məlumatlarına görə, avqustun 27-də səhər saatlarında tüstü dumanı respublikanın şimal-qərb istiqamətindən şəhərə doğru hərəkət edib. Tüstülənməyə səbəb Krasnoyarsk diyarının Yakutiya ilə sərhədə yaxın ərazilərində çoxsaylı meşə yanğınlarının baş verməsi, həmçinin respublikanın Mirnı və Olenyok rayonlarında qeydə alınan yanğınlardır.

Yakutiya Ekologiya Nazirliyində bildirilib ki, regionda davam edən meşə yanğınları ucqar və çətin keçilən ərazilərdə baş verir.

Bununla yanaşı, Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi gün ərzində 53 min hektardan çox artaraq 519,6 min hektara çatıb. Operativ məlumatlara görə, avqustun 27-də səhər saatlarında regionda 159 meşə yanğını davam edib.

Yanğınların söndürülməsində 706 nəfər iştirak edir, səkkiz texnika cəlb olunub. Yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Krasnoyarsk diyarında yüksək yanğın təhlükəsi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM