satellite   Azerspace-1: 11135 H 30000

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

Çin Hökuməti kiberhücumlarla mübarizə üçün qətiyyətli tədbirlər görür və ABŞ-ni kibertəhlükəsizlik məsələsindən Çini gözdən salmaq və Çin şirkətlərinə qarşı ayrı-seçkilik xarakterli məhdudiyyətlər tətbiq etmək məqsədilə istifadə etməməyə çağırır.

NTV TASS-a istinadla xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Çan bildirib.

Diplomat ABŞ rəsmilərinin Çin Hökuməti ilə əlaqəli hakerlərin NASA, ABŞ Federal Ehtiyat Sisteminin, Energetika Nazirliyinin, Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin və digər dövlət qurumlarının kompüter sistemlərinə müdaxiləsi barədə iddialarını şərh edib.

Lyu Çan bildirib ki, Çin kibertəhlükəsizliyin ardıcıl müdafiəçisidir və hökumət bütün növ kiberhücumlara qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, Çin kibertəhlükəsizlik sahəsində qanuna uyğun olaraq müvafiq tədbirlər görür.

Diplomat ABŞ tərəfini kibertəhlükəsizlik məsələlərindən Çini qaralamaq və gözdən salmaq üçün istifadə etməməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM