satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ Almaniyadan hərbçilərini çıxarmaq üçün hazırlıqlara başlayıb

Media: ABŞ Almaniyadan hərbçilərini çıxarmaq üçün hazırlıqlara başlayıb

ABŞ Almaniyadan ilk hərbçılərini çıxarmağa hazırlaşır. Bu, Vilsek şəhəri yaxınlığındakı hərbi bazada yerləşən mexanikləşdirilmiş briqadaya aiddir.

NTV xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Nəşr qeyd edir ki, briqada “Stryker” zirehli maşınları ilə təchiz olunub. Almaniyadakı təxminən 40 min ABŞ əsgərindən 26 minə yaxını Vilsekdə və yaxınlıqdakı Qrafenvördə yerləşir. ABŞ-dən kənarda ən böyük Amerika təlim poliqonu məhz oradadır.

Aprelin 29-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Almaniyadakı hərbi kontingentini azaltmağı düşündüyünü və tezliklə qərar verəcəyini açıqlayıb. Bundan bir gün sonra jurnalistlərin suallarını cavablandıran Amerika lideri deyib ki, Vaşinqton təkcə Almaniyada deyil, İtaliya və İspaniyada da hərbçilərinin sayını azalda bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM