satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda leysan neft anbarını zədələyib, sızma baş verib

Özbəkistanda leysan neft anbarını zədələyib, sızma baş verib

Özbəkistanın Surxandərya vilayətində güclü yağışların səbəb olduğu sel neft anbarını zədələyib, bu isə sızmaya və tərkibində neft olan mayenin su yollarına axmasına səbəb olub.

NTV  vilayətin Ekologiya İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Boysun rayonunun "Xonqaronsoy" ərazisindən axan çirklənmiş qarışıq su Bəndixan və Qumqurğan rayonlarına, Surxan çayına, eləcə də Carqurğan rayonundakı "Zəng" kanalı vasitəsilə Anqor rayonunun ərazisinə tökülüb.

Hazırda müvafiq xidmətlər suyun səthindən neft təbəqəsinin yığılması və neft məhsullarının axmasının qarşısını almaq üçün xüsusi maneələrin quraşdırılması istiqamətində işlər aparır. Çirklənmiş suyun təmizlənməsi və zərərsizləşdirilməsi üçün xüsusi texnika cəlb edilib.

Hadisə faktı üzrə yoxlama aparılır, hadisənin səbəbləri, dəyən ziyanın miqyası müəyyənləşdirilir və məsul qurumların, o cümlədən "Surxan Gas Chemical Operating Company" birgə müəssisəsinin fəaliyyətinə hüquqi qiymət verilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM