ABŞ Oman körfəzində saxlanılan İranın "TOUSKA" konteyner gəmisinin 22 ekipaj üzvünü azad edərək Pakistana göndərib.
NTV xəbər verir ki, bu barədə "Al Jazeera" Pakistan XİN-ə istinadən məlumat yayıb.
"İran gəmisi də zəruri təmir işləri aparıldıqdan sonra sahiblərinə qaytarılması üçün yedəyə alınaraq Pakistanın ərazi sularına aparılacaq", - bəyanatda qeyd olunub.
Pakistan XİN bu addımın "etimadın gücləndirilməsi tədbiri" olduğunu vurğulayıb.
"TOUSKA" gəmisi ötən ay Oman körfəzində Tehranın "dəniz quldurluğu" aktı adlandırdığı hücum zamanı ələ keçirilmişdi.
