satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada kömür mədənində ölənlərin sayı 8 nəfərə çatıb

Rusiyada kömür mədənində ölənlərin sayı 8 nəfərə çatıb

Rusiyanın Maqadan vilayətindəki Kadıkçan kömür mədənində həlak olanların sayı səkkiz nəfərə çatıb.

NTV Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Sergey Nosov bildirib.

Onun sözlərinə görə, axtarış işləri başa çatıb, dağıntılar altından daha dörd fəhlənin meyiti çıxarılıb. Xilasetmə əməliyyatı dörd gün fasiləsiz davam edib. 15,5 min kubmetr süxur təmizlənib.

İlkin məlumata görə, sürüşən dağ süxurları kütləsinin həcmi 80 min kubmetrə çatıb.

Hadisə ilə bağlı iki və daha çox şəxsin ölümünə səbəb olan təhlükəsizlik qaydalarının pozulması faktı üzrə cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM