Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.
NTV "TRT Haber"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Fəlakət və Təcili Vəziyyətlərin İdarə Edilməsi İdarəsi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
