satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ: Ölkənin təhlükəsizlik vəziyyəti sabitdir, əsas xidmətlər normal fəaliyyətini davam etdirir

BƏƏ: Ölkənin təhlükəsizlik vəziyyəti sabitdir, əsas xidmətlər normal fəaliyyətini davam etdirir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri İranın həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarının böyük əksəriyyətini zərərsizləşdirib.

NTV xəbər verir ki, bu barədə BƏƏ rəsmiləri tərəfindən yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, İranın əsassız və təxribat xarakterli hücumları zamanı 1000-dən çox raket və pilotsuz uçuş aparatı istifadə edilib. Bununla belə, ölkənin çoxsəviyyəli hava hücumundan müdafiə sistemləri təhdidlərin böyük hissəsini yüksək peşəkarlıqla məhv edib.

Açıqlamaya əsasən, hücumların başlanmasından bəri 221 ballistik raket aşkar olunub, onlardan 205-i havada məhv edilib, 14-ü dənizə, 2-si isə ölkə ərazisinə düşüb. Eyni zamanda, 1305 pilotsuz uçuş aparatından 1229-u zərərsizləşdirilib, 76-sı isə məhdud ərazilərə düşərək cüzi maddi ziyana səbəb olub.

Bildirilir ki, hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşları olan üç nəfər həlak olub, 112 nəfər isə yüngül xəsarət alıb.

BƏƏ vurğulayıb ki, bu hücumlar ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır və beynəlxalq hüququn normalarına ziddir. Rəsmi Əbu-Dabi beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını İranın bu addımlarını pisləməyə və onların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.

Bununla yanaşı, ölkədə təhlükəsizlik vəziyyətinin sabit olduğu qeyd edilir. Enerji, su, nəqliyyat, telekommunikasiya, səhiyyə və digər əsas xidmətlər normal fəaliyyətini davam etdirir. Turizm sektoru da fəaliyyətini dayandırmayıb, otellər və turizm obyektləri qonaqları qəbul etməyə davam edir.

BƏƏ rəhbərliyi bəyan edib ki, ölkənin suverenliyinə və təhlükəsizliyinə qarşı istənilən təhdidə cavab vermək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM