satellite   Azerspace-1: 11135 H 30000

Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb - FOTOLAR

Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font> Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb<font color=red> - FOTOLAR</font>

Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İranın Azərbaycana qarşı törətdiyi terror aktını fəal şəkildə işıqlandırır.

NTV xəbər verir ki, Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana dron hücumunu terror aktı adlandırdığını və günahkarların məsuliyyətə cəlb edilməli olduğunu bildirdiyini yazır. Qeyd olunur ki, Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı rəsmi üzr istəməsini tələb edib və orduya cavab tədbirləri hazırlamağı tapşırıb.

TASS xəbər verir ki, dronlar Naxçıvan Muxtar Respublikası ərazisində, o cümlədən hava limanı və təhsil müəssisəsinin yaxınlığına düşüb. Agentliyin məlumatına görə, Bakı İran tərəfinə qəti etirazını bildirib və hadisə ilə bağlı lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.

“İnterfaks” agentliyi qeyd edir ki, iclasda Azərbaycan Prezidenti ölkənin silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan edib və ordunun və digər təhlükəsizlik qüvvələrinin zəruri hallarda istənilən əməliyyatı həyata keçirməyə hazır olmalı olduğunu bildirib. Agentlik, həmçinin Azərbaycan hakimiyyət orqanlarına istinadən bildirib ki, rəsmi Bakı cavab addımlar atmaq hüququnu özündə saxlayır.

“Kommersant” nəşri xəbər verir ki, dron hücumu nəticəsində Naxçıvan Hava Limanı terminalı da daxil olmaqla infrastruktura ziyan dəyib və buna görə də onun işi qismən dayandırılıb.

“İzvestiya” qəzeti yazır ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumundan sonra hərbi rəhbərliyə cavab tədbirləri hazırlamağı tapşırıb və Azərbaycanın bu cür hərəkətlərlə barışmaq niyyətində olmadığını vurğulayıb.

Bir sıra Rusiyanın onlayn nəşrləri və xəbər portalları da Prezident İlham Əliyevin hadisənin “Azərbaycana qarşı terror aktı” olduğu ilə bağlı bəyanatlarına istinad edir və Bakının baş verənlərə qarşı sərt reaksiyasına diqqət çəkir.

Eyni zamanda, Rusiya mediası Azərbaycan Prezidentinin “Azərbaycan nə o vaxt, nə də indi İrana qarşı əməliyyatlarda iştirak etməyib və etməyəcək” sözlərinə yer verib.

Birinci Kanal və “Rossiya 1” də daxil olmaqla bir sıra Rusiya televiziya kanalları da dron qəzasının və partlayışların nəticələrinin tüstü və dağıntıları əks etdirən videogörüntüləri nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM