satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan Naxçıvana hücuma münasibət bildirib və İranı mehriban qonşuluğa çağırıb

Rəcəb Tayyib Ərdoğan Naxçıvana hücuma münasibət bildirib və İranı mehriban qonşuluğa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib.

NTV xəbər verir ki, Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində o, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb.

“Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Dövlət başçısı, həmçinin ötən gün Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da xatırladıb. “Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq”, - deyə o qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, Ankara bölgədə qan tökülməsinin və eskalasiyanın dönməz hala gəlməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. “Əminəm ki, Türkiyə bu regional turbulentlik zolağından uğurla çıxacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM