satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan mediası: Prezident İlham Əliyev İrandan izahat və üzr istəməyi tələb edib - FOTOLAR

Qazaxıstan mediası: Prezident İlham Əliyev İrandan izahat və üzr istəməyi tələb edib<font color=red> - FOTOLAR</font> Qazaxıstan mediası: Prezident İlham Əliyev İrandan izahat və üzr istəməyi tələb edib<font color=red> - FOTOLAR</font> Qazaxıstan mediası: Prezident İlham Əliyev İrandan izahat və üzr istəməyi tələb edib<font color=red> - FOTOLAR</font>

Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb.

NTV xəbər verir ki, “Orda.kz” nəşri Azərbaycan Prezidentinə istinadən Naxçıvan ərazisinə edilən dron hücumunun mülki obyektlərə zərər verdiyini bildirib.

“Ulysmedia.kz” yazır ki, dövlət başçısı İrandan izahat və üzr istəməyi tələb edib. Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycana qarşı terror hücumunu Bakının bundan əvvəlki bütün addımları fonunda həddindən artıq nankorluq aktı adlandırıb.

“Arbatmedia.kz” nəşri, həmçinin bildirir ki, Azərbaycan Prezidenti İran tərəfindən izahat tələb edib. Məqalədə o da qeyd olunur ki, dövlət başçısı Azərbaycanın İrana qarşı hər hansı əməliyyatda iştirakını istisna edib.

“Nur.kz” isə yazır ki, Azərbaycan Prezidenti İranın hücumundan sonra təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyev İran tərəfindən Azərbaycana qarşı terror aktının törədildiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM