satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Egey adalarının silahsızlaşdırılmış statusunun pozulmasını pisləyib

Türkiyə XİN Egey adalarının silahsızlaşdırılmış statusunun pozulmasını pisləyib

Türkiyə XİN martın 5-də Egey adalarının silahsızlaşdırılmış statusunu pozmaq cəhdlərini tənqid edib və bu addımı qeyri-ciddi, uğursuz hərəkət adlandırıb.

NTV  Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə XİN Şərqi Egey və Dodekanes adalarının hüquqi statusunun 1923-cü ildə imzalanmış Lozanna müqaviləsi və 1947-ci il Paris sülh müqaviləsi çərçivəsində mübahisəli məsələ olmadığını bəyan edib.

“Bu reallığı nəzərə alsaq, bölgəmizdəki son inkişaflardan sui-istifadə etməyə və NATO müttəfiqimiz Yunanıstanla ikitərəfli münasibətlərimizi daim zəhərləməyə çalışan müəyyən dairələrin təkrarən yeni bir fakt yaratmağa çalışması təəccüblü deyil”, - deyə nazirliyin sözçüsü Öncü Keçeli bildirib.

O əlavə edib ki, həmin dairələrin atdığı hər hansı addım etibarsız sayılacaq. Keçeli vurğulayıb: “Daha təəccüblüsü odur ki, keçmişdə Kipr adasının ortaq sahibləri olan Kipr türklərini kollektiv şəkildə aradan qaldırmağa çalışan eyni düşüncə tərzi indi onları qoruyacağını iddia edir”.

Nazirliyin sözçüsü bildirib ki, Kipr türkləri və Şimali Kipr Türk Cümhuriyyəti Türkiyənin dəstəyi ilə öz təhlükəsizliyini təmin edə və bu əsnada müstəqil davrana bilirlər.

Bölgədəki inkişaflar fonunda sülhə və sabitliyə səmimi sadiqliyin vacibliyini vurğulayan Keçeli bildirib: “Ankara daxili siyasi motivlərlə hərəkət edərək, ölkəmizə qarşı əsassız iddialar irəli sürmək və dezinformasiya yaymaq vərdişinə çevrilmiş əməllərə yol verməyəcək”. O, tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM