Moldova Naxçıvan Muxtar Respublikasının mülki obyektlərini hədəf alan və iki mülki şəxsin yaralanması ilə nəticələnən hücumları qətiyyətlə pisləyir.
NTV xəbər verir ki, bunu Moldovanın xarici işlər və inteqrasiya naziri Mixail Popşoy teleqram səhifəsində yazıb.
“Moldova Azərbaycanla həmrəydir və onun suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”, - deyə nazir əlavə edib.
