Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. Bu əlamətdar gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və insanlar arasında ünsiyyətdə rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub və hər il dünyanın 190 ölkəsində qeyd olunur.
Məşhur müğənni, bəstəkar Nina Simone ilk dəfə 1900-cü illərin əvvəllərində ABŞ-ın cənub ştatlarında inkişaf edən, Afrika-Amerika musiqi janrı olan, XIXəsrin sonu və XX əsrin əvvəllərində Luiziana ştatının Yeni Orlean şəhərindəki Afrika-Amerika icmalarında yaranan cazı belə təsvir edir: “Caz yalnız musiqi deyil, həyat, var olma, düşüncə tərzidir.”
Azərbaycanda estrada vəcaz musiqisinin ikinci həyatı Rafiq Babayevinyaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır.
Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər.
Böyük təməllər üzərində qurulmuş Azərbaycancazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfarSarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycandacaz ənənəsinin necə yaşadığının şahidi olaq. Həmçinin Əzizə Mustafazadə, Rain Sultanov, ƏminəFiqarova, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli, Sevda Ələkbərzadə kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.
