Çinin “Şencou-19” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin “Şencou-19” missiyasının astronavtları Yerə qayıdıblar

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-19” missiyasının astronavtları bir günlük ləngimə ilə Yerə qayıdıblar.

NTV Çin Kosmos Agentliyinə istinadla xəbər verir ki, astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocının olduğu “Şencou-19” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə gecə saat 4-də “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul aprelin 30-da yerli vaxtla saat 13:00 radələrində Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-19” missiyasının uğurla başa çatdığını elan edib.

Qeyd edək ki, “Şencou-19” missiyasına ötən il oktyabrın 10-da start verilib. Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada aprelin 24-də kosmosa göndərilən “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie əvəzləyib. “Şencou-19” missiyasının Yerə qayıdışı ilkin olaraq aprelin 29-da planlaşdırılsa da, eniş zonasında hava şəraitinin əlverişli olmaması səbəbindən təxirə salınmışdı.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM