satellite   Azerspace-1: 11135 H 30000

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Bakının Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb.

Daxili İşlər Nazirliyindən NTV-yə bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.

Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM