Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri şahzadə Feysal bin Fərhan Əl Səud və Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
NTV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-in sosial şəbəkələrdəki bəyanatında deyilir.
"Onlar regiondakı son hadisələri müzakirə edib və regionda təhlükəsizlik və sabitliyin bərpası məqsədilə gərginliyin azaldılması yollarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.
Yerli KİV-lərin məlumatına görə, bu, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən bəri iki ölkə arasında ilk rəsmi əlaqədir.
