satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

Nazirlər Kabinetindən NTV-yə  bildiriblər ki, görüşdə tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM