satellite   Azerspace-1: 11135 H 30000

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Bu ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 149 icazə verilib.

Nazirlikdən NTV-yə bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib.

Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM