satellite   Azerspace-1: 11135 H 30000

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

2026-cı il ədəbiyyat üzrə Nobel mükafatının qalibi bu gün Stokholmda elan ediləcək.

NTV xəbər verir ki, bukmeykerlər Çin yazıçısı Tsan Syue və kanadalı şair Enn Karsonu nüfuzlu mükafata əsas namizədlər hesab edirlər.

Çinli yazıçı artıq bir neçə həftədir ki, bukmeykerlərin reytinqində birinci yerdədir. Hazırda onun qələbə əmsalı 5.0, kanadalı şairin isə 7.0 səviyyəsindədir.

Digər favoritlər arasında amerikalı yazıçı Tomas Pinçon, avstraliyalı Cerald Murneyn və yazıçı Camayka Kinkeyd var. Yapon yazıçısı Haruki Murakami də mümkün qalib kimi qeyd olunur.

Bir neçə İsveç ədəbiyyat tənqidçisinin fikrincə, bu il mükafatı qadın ədib qazana bilər. 2017-ci ildən bəri mükafatın qadınlara hər iki ildən bir verilməsi tendensiyası yaranıb. Eyni zamanda, ekspertlər ədəbiyyat üzrə Nobel mükafatının ənənəvi olaraq ən gözlənilməz mükafatlardan biri hesab edildiyini qeyd edirlər. Bukmeykerlərin ən yaxşı seçimləri həmişə laureat olmur. Misal üçün, keçənilki laureat Laslo Krasnahorkayın nəticələr açıqlanmamışdan əvvəl Betsson bukmeyker kontorunda ikinci ən aşağı əmsalı var idi.

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bu gün Bakı vaxtı ilə saat 15:00-da elan ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM