satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Çini Xəzər dənizi vasitəsilə və daha sonra Avropa bazarları ilə birləşdirən genişmiqyaslı avtomobil yolu layihəsinin həyata keçirilməsinə başlanılır. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artırılmasına töhfə verəcək.

Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz onun uğurunu əyani şəkildə nümayiş etdirir. Bu, bizim tez-tez Orta Dəhliz adlandırdığımız marşrutdur.

NTV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

“Rusiya ilə əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” marşrutu Qazaxıstan üçün xüsusilə aktualdır. Dünya Bankının hesablamalarına görə, əgər bütün qurulmuş infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımalar 2040-cı ilə qədər dörd dəfə arta bilər.

Hesab edirəm ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna, mövcud potensialı genişləndirə və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edə bilər”, - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM