satellite   Azerspace-1: 11135 H 30000

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi, amerikalı səyyah Charles Veleyin başçılığı ilə bu gündən beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

NTV xəbər verir ki, bu dəfəki heyətə 13 ölkədən təxminən 40 nəfər daxildir. Səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var.

Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM