satellite   Azerspace-1: 11135 H 30000

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Qara dənizdə ticarət gəmisinin batması nəticəsində 9 suriyalı və 1 misirli dənizçi itkin düşüb.

NTV Suriya mediasına istinadla xəbər verir ki, gəmi Bolqarıstana aid iqtisadi zonada pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldıqdan sonra batıb.

“France-Presse”in məlumatına görə, Toqo bayrağı ilə üzən gəmi heyətində 10 dənizçi olub, onların hamısı itkin düşüb.

Bildirilir ki, Suriya Sərhəd Keçidləri və Gömrük Baş İdarəsi Beynəlxalq Dəniz Təşkilatına və Bolqarıstan Dənizçilik İdarəsinə təcili rəsmi nota göndərərək, hadisənin səbəblərinin şəffaf və müstəqil şəkildə araşdırılmasını, itkin dənizçilərin tapılmasına dəstək göstərilməsini və təqsirkarların müəyyənləşdirilməsini tələb edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM