satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Naxçıvana səfər edib - FOTOLAR

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font> Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Naxçıvana səfər edib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, noyabrın 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Xarici investorlar üçün Naxçıvanda yaradılmış əlverişli imkanlar, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Naxçıvan Dövlət Universitetində Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzinin Pakistanın adiyyəti mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılması imkanları müzakirə edilib. Qeyd olunub ki, müvafiq elmi-tədqiqat və təcrübə mübadiləsinin qurulması, aqrar sahədə müasir yanaşmaların tətbiqi sənaye yönümlü kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər. Bu istiqamətdə dövlət tərəfindən sahibkarlara göstərilən dəstək və tətbiq olunan güzəştlərin də əhəmiyyəti qeyd edilib. 

Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də müzakirə mövzusu olub. Elektrik enerjisinin Türkiyəyə ixracı, eləcə də gələcəkdə daha geniş bazarlara çıxarılması imkanları diqqətə çatdırılıb.

Təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunularkən Naxçıvan Dövlət Universitetində iki minə yaxın əcnəbi tələbənin təhsil aldığı, onların arasında Pakistan vətəndaşlarının da olduğu bildirilib. Universitetin Pakistanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb.

Səfir Qasım Mohiuddin Naxçıvan ilə Pakistanın Lahor şəhərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, əməkdaşlığın inkişafı baxımından hər iki şəhərin və regionun rəsmi nümayəndələrinin qarşılıqlı görüşlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan və Pakistan xalqlarının zəngin tarixi-mədəni irsə malik olduqlarını bildirən tərəflər mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı tanıtım və təbliğ imkanları barədə də fikir mübadiləsi aparıblar.

Səfir Qasım Mohiuddin səfərin əsas məqsədinin Naxçıvanın sosial-iqtisadi potensialı, tarixi və mədəni mühiti ilə yaxından tanış olmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini dəyərləndirmək olduğunu bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM