Krım körpüsünün müvəqqəti bağlanması səbəbindən Krıma istiqamətlənən dörd “Tavria” sərnişin qatarının hərəkətində gecikmələr yaranıb.
NTV TASS-a istinadla xəbər verir ki, bu barədə qatar operatoru məlumat yayıb. Bildirilib ki, hazırda körpüdə dəmir yolu hərəkəti bərpa olunub. Gecikmə müddəti dəyişə bilər və sərnişinlərə qatarların gəliş vaxtı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, körpüdə hərəkət noyabrın 16-da Moskva vaxtı ilə saat 02:22-dən dayandırılmışdı.
