satellite   Azerspace-1: 11135 H 30000

Kvaratsxeliya 6 aydan sonra yaşıl meydanlara qayıdacaq

Kvaratsxeliya 6 aydan sonra yaşıl meydanlara qayıdacaq

Fransanın PSJ klubunun və Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya sağ dizinin ön çarpaz bağının qırılması səbəbindən ən azı altı ay futbol oynaya bilməyəcək.

NTV  xəbər verir ki, futbolçu bərpa prosesinin yaxşı getdiyini və hazırda ehtiyatla məşq etdiyini bildirib.

Kvaratsxeliya yaşıl meydanlardan kənarda qalacağı müddətdə fransız dilini daha yaxşı öyrənməyi və striminq fəaliyyətinə başlamağı planlaşdırır.

“Bərpa prosesim yaxşı gedir, ehtiyatla məşq edirəm. Növbəti altı ay ərzində oynamayacağam. Buna görə də bu müddətdən fransız dilini daha dərindən öyrənmək üçün istifadə edəcəyəm. Həmçinin strimer olacağam, məni burada görəcəksiniz”, – deyə futbolçu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM