satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün önündə baş verən möhtəşəm və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl dirçəliş yaşayır. Hər səfərdə biz bərpa və inkişafda yeni nailiyyətləri, eləcə də bu torpaqlara həyatın qayıtmasını görürük", - H.Hacıyev yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM