satellite   Azerspace-1: 11135 H 30000

Səlahiyyətli nümayəndə Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb - FOTOLAR

Səlahiyyətli nümayəndə Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb<font color=red> - FOTOLAR</font> Səlahiyyətli nümayəndə Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Lord Olderdays və "Xlinks" şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı Prezident İlham Əliyevin səyləri nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi, Böyük Britaniya şirkətlərinin Azərbaycanda uzunmüddətli və faydalı fəaliyyəti xüsusi vurğulanıb. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunaraq işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə Böyük Britaniya şirkətlərinin mühüm töhfə verdiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji imkanları və Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib, qeyd olunan istiqamətlərdə, eləcə də Naxçıvan şəhərinin baş planının icrasında əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM