satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov: Prezidentin xarici səfərləri və yüksəksəviyyəli görüşləri ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib

Əli Əsədov: Prezidentin xarici səfərləri və yüksəksəviyyəli görüşləri ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib

2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meyilləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

NTV xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksəksəviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib. Bu il avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlılığın qorunmasına, yeni investisiyaların cəlbinə, ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM