satellite   Azerspace-1: 11135 H 30000

Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib

Britaniya səfiri Fuad Nəcəfli ilə Naxçıvanın enerji potensialını müzakirə edib

Böyük Britaniyanın Bakıdakı səfiri Ferqus Auld və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli regionun enerji potensialını müzakirə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Naxçıvana ilk işgüzar səfərim zamanı Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Regionun sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”, - paylaşımda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM