satellite   Azerspace-1: 11135 H 30000

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfrans keçirilib.

NTV xəbər verir ki, tədbirdə AFFA-nı baş katibin müavini, eyni zamanda, UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədov və digər nümayəndələr təmsil ediblər.

Konfrans çərçivəsində Avropa klublarının futbol mənzərəsi, klub lisenziyalaşdırılması sahəsində yeniliklər, maliyyə davamlılığı, idarəetmə, uyğunluq və risklərin idarə edilməsi, eləcə də maliyyə sahəsində süni intellektin tətbiqi kimi mövzular müzakirə olunub.

Həmçinin qadın futbolunda davamlı yarışların təşkili və inkişafı, Avropa ölkələrinin klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunda bu sahənin 30 illik inkişaf yolu barədə təqdimatlar keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM