satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Bakı ilə İrəvan arasındakı sülhün təmin edilməsinin son mərhələsindəyik

Hakan Fidan: Bakı ilə İrəvan arasındakı sülhün təmin edilməsinin son mərhələsindəyik

Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində son mərhələyə gəlmişik.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında bildirib.

“Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var. Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə sonuclanmasını arzu etdiyini” demişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM