satellite   Azerspace-1: 11135 H 30000

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Polşa 2012-ci ildə bağlanan Dəməşqdəki səfirliyini 2027-ci ilin yanvarında yenidən açmağı planlaşdırır.

NTV-nin RMF radiosuna istinadla verdiyi məlumata görə, bir neçə Polşa diplomatı artıq səfirlik binasının təmiri və fəaliyyətinin bərpası ilə bağlı hazırlıq işləri aparmaq üçün Suriyaya gəlib.

Məlumatda Polşa diplomatlarının Suriyaya qayıtmasının Brüsselin Dəməşqlə əməkdaşlığı gücləndirmək səyləri ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Polşa vətəndaş müharibəsi səbəbindən 2012-ci ilin iyulunda Suriyadakı səfirliyini bağlayaraq diplomatlarını ölkədən təxliyə etmişdi. Həmin vaxt Varşava səfirlik yenidən fəaliyyətə başlayana qədər ölkədəki maraqlarının ABŞ-nin diplomatik nümayəndəliyi vasitəsilə təmsil olunmasına qərar vermişdi.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM