satellite   Azerspace-1: 11135 H 30000

Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub

Şimali Makedoniyada iki qızıl medal qazanan Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub

Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.

NTV-nin məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən idmançı "Master Class" kateqoriyasında "Light Contact" və "Kick Light" növlərində birinci yeri tutub.

O, "Light Contact" versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.

E.Məmmədov "Kick Light" versiyasında isə macar Hasz Marton və La Mantia Alessandroya qalib gələrək ümumilikdə 13-cü dəfə Avropa çempionu olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM