satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda qəzada Vətən müharibəsi qazisi həyatını itirib

Ordubadda qəzada Vətən müharibəsi qazisi həyatını itirib

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

NTV xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Hüseynalıyev Hüseynalı həyatını itirib.

Qəza zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və  1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM