satellite   Azerspace-1: 11135 H 30000

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font> Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb<font color=red> - FOTOLAR</font>

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, eləcə də igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM