satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Yəməndə husilər və hökumət qüvvələri arasında davam edən döyüşlər nəticəsində 340 mindən çox insan məcburi köçkünə çevrilib.

 NTV xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkədə davam edən döyüşlər və artan qeyri-sabitlik çoxsaylı insanları evlərini tərk etməyə məcbur edib.

Xatırladaq ki, oktyabr ayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə 280 min məcburi köçkünün olduğunu açıqlamışdı. Təşkilat münaqişənin gərginliyinin azaldılmasına və döyüşlərdən zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasına çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM