satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları ölkəni təcili tərk etməyə çağırıb

Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları ölkəni təcili tərk etməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşların Livana səfər etməməsi barədə çağırış edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Livanın yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Eyni zamanda, hazırda Livanda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM