satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: Qarabağ azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər

Türkiyə Prezidenti: Qarabağ azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər

Qarabağ işğaldan azad olunanda bəziləri ermənilərin əsassız iddialarını müdafiə edirdilər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, həmin qüvvələr Türkiyənin Liviyaya, Afrikaya dəstəyinə də kölgə salmağa çalışırdılar.

R.T.Ərdoğan vurğulayıb ki, bu qüvvə daxildəki müxalifət və Cümhuriyyət Xalq Partiyasıdır (CHP).

Prezident qeyd edib ki, Türkiyə qardaşlarını heç vaxt tək qoymayıb: “Qarabağda, Liviyada, Suriyada qardaşlarımızı müdafiə etdik. Ölkəmizi təhdidlərə qarşı müdafiə etdik. Sülhün tərəfində olduq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM