satellite   Azerspace-1: 11135 H 30000

“Atlantic Council”: Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı nümunəvi modeldir

“Atlantic Council”: Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı nümunəvi modeldir

ABŞ-nin məşhur “Atlantic Council” beyin mərkəzi Azərbaycan- Türkiyə hərbi əməkdaşlığını nümunə və effektli model kimi qiymətləndirib.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bu barədə “Atlantic Council”in geniştərkibli toplantısında pozitiv fikirlər səsləndirilib.

İclasda Türkiyənin müdafiə sənayesinin uğurları diqqətə çatdırılıb. Xüsusilə, Türkiyənin pilotsuz uçuş aparatları (PUA) və süni intellekt sənayesi sahəsində lider ölkələrdən birinə çevrildiyi vurğulanıb.

Toplantıda qeyd olunub ki, bu texnologiyalar NATO üzvü olan ölkələrə də inteqrasiya edilməlidir. Uğurlu inteqrasiya modeli kimi isə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı göstərilib.

Yığıncaqda çıxış edən Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Volkan Öskiper bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın əsası 1992-ci ildə qoyulub. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığı qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM