NTV xəbər verir ki, bu ilin yanvar–sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 172 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 50,9 faiz artıb.
Maliyyələşdirilmiş layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,2 faizi muxtar respublikanın rayon və kəndlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
