satellite   Azerspace-1: 11135 H 30000

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

Suriya ilə İordaniya sərhədində yerləşən Nəsib keçid məntəqəsində sərnişin və yükdaşımaları bərpa olunub.

NTV xəbər verir ki, bu barədə Suriyanın Sərhəd və Gömrük Nəzarəti Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, keçid məntəqəsi oktyabrın 28-də səhər saatlarından etibarən normal fəaliyyətə başlayıb.

Qeyd edək ki, Dəra əyalətində yaranmış vəziyyətlə əlaqədar Nəsib keçidi müvəqqəti bağlanmışdı.

Oktyabrın 27-də Suriya və İordaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün koordinasiyanın bərpası barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM