satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü leysan gözlənilir, 20 vilayət üçün xəbərdarlıq edilib

Türkiyənin böyük hissəsində oktyabrın 28-dən etibarən güclü leysan yağışlarının təsirli olacağı gözlənilir.

NTV xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 20 vilayət üçün sarı, Muğla vilayəti üçün isə narıncı xəbərdarlıq kodu elan edib.

Sarı xəbərdarlıq Adıyaman, Antalya, Aydın, Bingöl, Burdur, Denizli, Diyarbakır, Elazığ, Gaziantep, Isparta, İzmir, Kahramanmaraş, Malatya, Mardin, Mersin, Muğla, Şanlıurfa, Tunceli və Batman vilayətlərini əhatə edir.

Məlumata görə, oktyabrın 29-da Respublika Günü münasibətilə İstanbulda güclü leysan yağacağı, Ankarada isə yağışlı havanın davam edəcəyi gözlənilir. Bəzi bölgələrdə sel, subasma və güclü külək təhlükəsinin olduğu bildirilib.

Qeyd edək ki, sarı xəbərdarlıq potensial təhlükəli hava hadisələrini, narıncı xəbərdarlıq isə təhlükəli meteoroloji şəraitin gözlənildiyini bildirir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:09 28.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM