satellite   Azerspace-1: 11135 H 30000

"Kristal Pelas" "Liverpul" və "Qalatasaray"ın maraqlandığı İsmaila Sarrı satmaq istəmir

"Kristal Pelas" "Liverpul" və "Qalatasaray"ın maraqlandığı İsmaila Sarrı satmaq istəmir

İngiltərənin "Kristal Pelas" klubu qış transfer dönəmində futbolçusu İsmaila Sarrı satmaq niyyətində deyil.

NTV "Football Insider"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 28 yaşlı cinah oyunçusu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır.

Klub onu uzunmüddətli perspektivdə heyətdə saxlamaq istəyir.

Seneqallı oyunçuya maraq hələ də yüksək səviyyədədir. "Liverpul" yayda Sarr üçün təxminən 50 milyon funt-sterlinq təklif etsə də, qarşı tərəf bunu rədd edib. "Qalatasaray" da oyunçu ilə maraqlanır və yanvarda onu heyətinə qatmaq üçün yenidən cəhd göstərəcək. Bundan əlavə, Səudiyyə Ərəbistanı klubları da oyunçunu izləyir.

Xatırladaq ki, İsmaila Sarr 2024-cü ildən "Kristal Pelas"da çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM