satellite   Azerspace-1: 11135 H 30000

Çinin səfiri: Süni intellekt və yeni sosial media sivilizasiyalararası dialoq üçün geniş imkanlar açır

Çinin səfiri: Süni intellekt və yeni sosial media sivilizasiyalararası dialoq üçün geniş imkanlar açır

Süni intellekt və yeni sosial media mədəniyyətin qorunması, ölkələr, dillər və sivilizasiyalar arasında dialoqun inkişafı üçün yeni imkanlar yaradır.

NTV xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsində çıxışı zamanı səsləndirib.

"Biz sivilizasiyalararası mübadiləni, qarşılıqlı öyrənməni, irsin ötürülməsini və innovasiyaları dəstəkləmək, bəşər sivilizasiyalarının ümumi tərəqqisini təşviq etmək üçün süni intellekt kimi yeni texnologiyaların imkanlarından yararlanmalıyıq", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM