satellite   Azerspace-1: 11135 H 30000

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

Çin televiziyası Mbappenin açıqlamasından sonra La Liqanın yayımını dayandırıb

Çinin dövlət televiziyası CCTV Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin açıqlamasından sonra İspaniya çempionatının oyunlarının yayımını dayandırıb.

NTV AS nəşrinə istinadla xəbər verir ki, 27 yaşlı futbolçu müsahibələrinin birində üzünün Çinin keçmiş lideri Mao Tszedunun fotosuna yerləşdirildiyi memdən danışıb. Mbappe şəkildəki şəxsi “Çin diktatoru” adlandırsa da, onun adını çəkməyib.

Məlumata görə, CCTV fransalı hücumçunun iştirakı ilə hazırlanan reklamları və videoları da efirdən çıxarıb. Bununla belə, Çinin digər platformalarında La Liqa oyunlarının yayımının dayandırılması barədə məlumat verilməyib.

Son bir ildə azarkeşlər “Real Madrid” və Fransa millisində qəbul edilən qərarlara təsir göstərdiyini iddia edərək Mbappeni zarafatla “diktator” adlandırırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM