satellite   Azerspace-1: 11135 H 30000

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Onilliklər boyu davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan davamlı sülhə heç vaxt olmadığı qədər yaxındır. Sülh sazişinin mətni razılaşdırılıb və paraflanıb. Sazişin imzalanması üçün isə bir mühüm şərt yerinə yetirilməlidir: Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müddəaları çıxarmalıdır.

NTV  xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTMM və Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun (Royal Institute for International Relations) birgə təşkilatçılığı ilə Brüsseldə təşkil edilən Azərbaycan-Avropa İttifaqı beyin mərkəzlərinin forumunda bildirib.

BMTMM sədri Avropa ölkələrinin sülh quruculuğu təcrübələrinə də toxunaraq Belfast sazişindən sonra İrlandiyada referendum keçirildiyini və Konstitusiyaya dəyişiklik edilərək ərazi iddialarından imtina olunduğunu, Prespa sazişindən sonra isə Şimali Makedoniya Konstitusiyasına dəyişikliklər edildiyini qeyd edib. O, bu proseslərdə Avropa İttifaqının gözləntilərinin də mühüm rol oynadığını vurğulayıb.

“Konstitusiya müddəalarının aydınlığı sülhə maneə deyil, əksinə, davamlı sülhün əsasını təşkil edir. Sülh sazişinin müddəaları ilə ziddiyyət təşkil edən konstitusiyanın birgə mövcudluğu mümkünsüzdür.

Bununla yanaşı, digər istiqamətlər üzrə də işlər davam etdirilir. Bunlara dövlət sərhədinin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, ticarət sahəsində ilk addımların atılması, eləcə də ekspertlər və cəmiyyətlər arasında dialoqun genişlənməsi daxildir. Bunlar heç də kiçik məsələlər deyil. Hər biri qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və tərəflərin yenidən qarşıdurmaya qayıtması ehtimalını azaldır”, - deyə F.Şəfiyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM