satellite   Azerspace-1: 11135 H 30000

İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir

İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir

Azərbaycanda rəqəmsal savadlılığın artırılması istiqamətində işlər görülür. Hazırda ölkədə əhali arasında rəqəmsal savadlılıq 25 faiz təşkil edir. 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir.

NTV  xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova deyib.

Onun sözlərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb. O, rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, son illərdə bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilib.

Vüsalə Qurbanova bildirib ki, rəqəmsal bacarıqların inkişafı, əhalinin rəqəmsal xidmətlərdən istifadəsinin genişləndirilməsi və beynəlxalq proqramlarda iştirak bu sahədə diqqət yetirilən əsas istiqamətlərdəndir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşır

11:48 27.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM