satellite   Azerspace-1: 11135 H 30000

Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb

Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda rusiyalı və ukraynalı həmkarları - Vladimir Putin və Volodimir Zelenski ilə görüş keçirməyə ümid etdiyini bildirib.

NTV xəbər verir ki, ABŞ lideri bunu Texas ştatından qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryuz hərbi bazasında jurnalistlərə açıqlayıb.

"Düşünürəm ki, Rusiya və Ukrayna arasındakı münaqişənin həllində böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq. Hesab edirəm ki, əhəmiyyətli irəliləyiş əldə edilib", - Tramp bildirib.

Jurnalistlərin görüşün konkret kiminlə planlaşdırıldığına dair dəqiqləşdirici sualına cavab verərkən ABŞ Prezidenti Putin və Zelenskinin adını çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM